Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Agentliyinin “2019 fevral ayı təbii qaz” sənədinə görə, 2018-ci ilin fevral ayında təbii qzın idxalı 5 milyard 404 milyon kubmetr olduğu halda, bu ilin fevral ayında bu göstərici 20.87% azalma ilə 4 milyard 275 milyona enib.

İqtisadiyyat.Az-ın türk mediasına istinadən verdiyi məlumata görə, cəmi idxalın 2 milyard 583 milyon kubmetri boru xətti ilə, 1 milyard 693 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qurğuları vasitəsilə baş verib.

Fevral ayında Türkiyənin ən çox təbii qaz aldığı ölkə 1 milyard 215 milyon kubmetr olmaqla Rusiya olub. Sonrakı yerlərdə 685 milyon kubmetrlə İran, 683 milyon kubmetrlə Azərbaycan dayanıb. Yerdə qalan idxalat Nigeriya, Əl-Cəzair, Qətər, Misir, ABŞ və Fransadan alınıb.