Polşa 2025-ci ildə Atom Elektrik Stansiyasının (AES) tikintisinə 4,6 milyard zloti (təxminən 1,19 milyard dollar) sərmayə qoyacaq.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Anjey Domanski bildirib.

"Gələn il biz atom elektrik stansiyasının tikintisinə 4,6 milyard zloti ayıracağıq. Biz bərpa olunan enerji mənbələri ilə bağlı həllər təqdim edə bilərik", - deyə o bildirib.

2022-ci ilin noyabrında Polşa hökuməti respublikada ilk Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı fərmanı təsdiqləyib. Qərara əsasən, Baltik dənizi sahilində üç reaktorun işə salınması planlaşdırılır. Tikintinin təxminən 20 milyard dollara başa gələcəyi gözlənilir.

2023-cü ilin sentyabrında AES-in tikintisini Amerikanın “Westinghouse” və “Bechtel” şirkətləri Polşa subpodratçıları ilə birlikdə həyata keçirəcəyi açıqlanmışdı.

 

Sadiq Cavadov