Qlobal xam polad istehsalı iyul ayında illik müqayisədə 4,7% azalaraq 152,8 milyon tona enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası (Worldsteel) iyul ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Sözügedən dövrdə Çinin istehsalı 9 faiz azalaraq 82,9 milyon tona, Yaponiyanın istehsalı isə 3,8 faiz azalaraq 7,1 milyon tona düşüb.

Eyni dövrdə Rusiyanın istehsalı 3,1 faiz azalaraq 6,2 milyon tona, ABŞ-nin istehsalı isə 2,1 faiz artaraq 6,9 milyon tona çatıb.

Bundan əlavə, Türkiyənin xam polad istehsalı 4 faiz artaraq 3,1 milyon tona çatıb.

 

Gözəl Həşimova