Türkiyənin bu ilin yanvar-iyun aylarında ixracı 123,4 milyard dollar olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi xarici ticarət məlumatları ilə bağlı məlumat yayıb.

Məlumata görə, zəif qlobal iqtisadi artım və Qurban bayramı səbəbilə iyun ayında ölkənin ixracı ötən ilin eyni ayı ilə müqayisədə 10,5% azalaraq 20,9 milyard dollar olub. Hesabat dövründə Türkiyənin idxalı 16,8% azalaraq 26,3 milyard dollar olub. Bu da son 20 ayın ən aşağı səviyyəsidir.

Eyni zamanda, ölkənin iyun ayında xarici ticarət kəsiri 34,5% azalaraq 5 milyard 396 milyon dollar olub. Cari ilin 6 ayı ərzində xarici ticarət kəsiri isə 61,4 milyard dollara çatıb.