Türkiyədə iyulun 1-dən minimum əmək haqqı 11 min 402 lirə olacaq.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Minimum Əmək haqqının müəyyən edilməsi komissiyası qərar verib.

Məlumata görə, yeni qərarla Türkiyədə minimum əmək haqqı 34% artıb.

Əlavə edək ki, Türkiyədə minimum əmək haqqı 2002-ci illə müqayisədə nominal olaraq 61 dəfə artıb.