Bu ilin birinci yarısında Ukrayna büdcəsinin yarısı hərbi ehtiyaclara yönəldilib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, altı ay ərzində ölkənin büdcəsi 1,935 trilyon qrivna (47 milyard dollar) təşkil edib.

Bunun 50,9 faizi hərbi ehtiyaclara sərf edilib. 14,8 faizi ictimai asayişin və ədliyyə sisteminin işinə, 11,6 faizi sosial müdafiəyə, 4,7 faizi tibbə, 1,6 faizi isə təhsilə ayrılıb. Təxminən yeddi faiz Kiyevin dövlət borcuna xidmət göstərməyə sərf edilib .

 

Gözəl Həşimova