"Rusiya Prezidenti Vladimir Putinin ABŞ vitse-prezidenti Kamala Harrisi dəstəkləməsi ilə bağlı ironik şərhinə necə reaksiya verəcəyimi bilmirəm".

İqtisadiyyat.az xəbər verir ki, bunu keçmiş ABŞ lideri və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

Rusiya lideri daha əvvəl istehza ilə bəyan etmişdi ki, Moskva hazırkı dövlət başçısı Co Bayden prezidentlik yarışından "kənarlaşdırıldıqdan" sonra Harrisi dəstəkləyir. Putin qeyd edib ki, son nəticədə seçim Amerika xalqından asılıdır.

"Putin Kamalanı dəstəklədi. Mən incidimmi, yoxsa, o, mənə yaxşılıq etdi, bilmirəm", - Tramp Nyu-York İqtisadiyyat Klubunda çıxışı zamanı bildirib.