ABŞ administrasiyası Konqresin ona ayırdığı vəsaitdən Ukraynaya tam həcmdə hərbi dəstək vermək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

O, ABŞ-də sentyabrın 30-da başa çatacaq maliyyə ilinin sonuna qədər Ukraynaya yardım üçün istifadə edilməli olan təxminən 6 milyard dolların ayrılması haqqında mətbuatın sualına cavab verib: "Hazırda yerdə qalan vəsaitlə bağlı elan edəcəyim heç nə yoxdur, deyə bilərəm ki, biz demək olar ki, hər həftə Ukraynaya silah ayırırıq", - Sinq deyib.

Pentaqonun mətbuat katibinin müavini əlavə edib: "Şübhə etmirəm ki, biz Ukraynanı həm qısa, həm də uzunmüddətli perspektivdə ehtiyacı olanlarla təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edirik. Görəcəksiniz ki, biz bu vasitələrdən hər cür istifadə edəcəyik".