Haiti rəhbərliyi silahlı dəstələrlə mübarizə üçün bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq qətnamə Karib hövzəsi respublikasının rəsmi qəzeti olan "Le Moniteur"da dərc olunub. 

Qərarın ən azı bir ay qüvvədə olacağı qeyd edilir.

Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə Prezident Jovenel Moise sui-qəsdindən və zəlzələdən sonra pisləşib. Martın 1-də cinayətlə mübarizə üçün Haitiyə 1000 polis əməkdaşından ibarət Keniya sülhməramlı qüvvələrinin göndərilməsi haqqında saziş imzalanıb. Paytaxtın və digər ərazilərin əksəriyyətinə dəstələrin nəzarət etdiyi Haitidə son bir il ərzində tüğyan edən banditizm 8000-ə yaxın insanın ölümünə səbəb olub.