Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə müşaviri Con Kirbi ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı "Kamala Harrisi dəstəkləyəcəyini" bildirən Rusiya Prezidenti Vladimir Putinə cavab verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kirbi keçirdiyi brifinqdə deyib. 

"Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır", - Kirbi bildirib.

Putinin Harrisi dəstəkləyəcəyi açıqlaması ilə bağlı suala Kirbi belə cavab verib: "Putin seçkilərimizdən, daxili işlərimizdən danışmağı dayandırmalıdır. Bu və ya digər şəkildə heç kimə dəstək verməməlidir".

Kirbi ABŞ-nin yeni prezidentinin kim olacağına yalnız Amerika xalqının qərar verəcəyini vurğulayaraq, Putinin ABŞ-də keçirilən prezident seçkilərini şərh etməkdən və seçkilərə müdaxilə cəhdindən əl çəkməli olduğunu bildirib.

Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumuna qatılan Putin müvafiq suala gülümsəyərək, "Sizə dediyim kimi, bizim favoritimiz Prezident Bayden idi. İndi o, yarışdan geri çəkildi, lakin tərəfdarlarından xanım Harrisə dəstək vermələrini istədi. Buna görə də biz də eynisini edəcəyik", - deyə cavab verib.