Cari ilin yanvar ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinə 961 ərizə və müraciət daxil olub.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Facebook”da yayımlanan “Sosial saat” layihəsində deyib.

O bildirib ki, tərəfimizdən xidmətə daxil olan 604 məktubun müvafiq qaydada cavablandırılması təmin edilib:

“Bir ay ərzində 917 vətəndaş qəbul edilib. Təkcə yanvar ayı ərzində 27 min manata yaxın gecikdirilmiş ödənişin ödənilməsi təmin edilib. Eyni zamanda 11 qeyri-qanuni işdən azad edilən şəxsin öz işinə yeni bərpa edilməsi təmin edilib.

Yanvar ayı ərzində 103 qanun pozuntusu tərəfimizdən aşkar edilib və müvafiq qaydada İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında tədbirlər görülmüşdür”.