Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək.

Bu barədə İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsi ilə bildiriləcək.