Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə təhsil alanların növbəti imtahan mərhələsi başlayır.

Bu barədə İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçmiş namizədlər iyunun 20-dən başlayaraq əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər.

İmtahanın keçirilmə tarixi və məkanı barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az), elektron poçt və SMS vasitəsilə müvafiq bildirişlər göndərilib.