Rusiyanın Tatarıstan bölgəsindən olan nümayəndə heyətinin Azərbaycana biznes missiyası təşkil olunacaq.

Bu barədə İqtisadiyyat.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu ayın sonunda yerli "Ximqrad" SC-nin təşkilatçılığı və AZPROMO-nun dəstəyi ilə Rusiya şirkətlərinin nümayəndələri Azərbaycana işgüzar səfər edəcək. Biznes missiya Azərbaycanda yaradılmış biznes və investisiya mühiti, sənaye parkları və azad iqtisadi zonaların fəaliyyəti, o cümlədən kimya sənayesində sahibkarlar üçün yaradılan imkanlar və xalçaçılıq sahəsi ilə tanış olmaq məqsədilə təşkil olunur.