Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında 1 milyard 789 milyon 562 min dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 550,4 milyon dollar çoxdur.

Hesabat dövründə ölkədən Rusiyaya ixrac 470 milyon 147 min dollar təşkil edib. Cari ilin yanvar-may aylarından Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 1 milyard 319 milyon 415 min dollar olub.

Əlavə edək ki, hesabat dövründə Azərbaycan ən çox Rusiyadan mal idxal edib.