"Proses dövlət siyasətinə uyğun şəkildə aparılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu sığorta şirkətlərinin Qarabağda fəaliyyətinə dair məsələyə toxunan Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev deyib.

 

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sığorta şirkətlərinin fəaliyyətinin təminatı üçün hazırda araşdırmalar aparılır:

""Böyük Qayıdış"a hazırlıq çərçivəsində sığorta şirkətləri arasında sorğular keçirmişik. Belə ki, işğaldan azad olunmuş ərazilərdə bankomat, filial, POS-terminal şəbəkəsinin quraşdırılması və elektron xidmətin genişləndirilməsi üçün davamlı şəkildə təhlillər aparırıq. Bu məsələ diqqət mərkəzimizdədir və gələcəkdə müvafiq addımlar atılacaq".

Gülşən Şərif