Almaniyanın "Siemens" korporasiyası Rusiyadakı fəaliyyətini dayandırdığı üçün 600 milyon avro itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, şirkət Rusiyadakı biznesini satdıqdan və ölkədəki fəaliyyətini dayandırdıqdan sonra külli miqdarda maliyyə itirib. Xüsusilə, "Siemens"in törəmə şirkəti olan "Siemens Mobility" dəmir yolu avadanlıqlarının istehsalçısı maliyyə itkiləri ilə üzləşib.

Xatırladaq ki, 2018-ci ildə "Siemens" Rusiyada fəaliyyət göstərməsinin 165 illiyini qeyd edib. Ötən il isə şirkət sanksiyalara görə Rusiya bazarını tərk edib.

 

Gözəl Həşimova