Dünyanın ən böyük qida və sərinləşdirici içki istehsalçısı olan İsveçrənin "Nestle" şirkətinin bu ilin birinci yarısında gəlirləri 2,7% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında şirkət 51,12 milyard dollar gəlir əldə edib.

Eyni zamanda, "Nestle" öz mallarının qiymətini orta hesabla 2% artırıb.

 

Gözəl Həşimova