Bu ilin birinci yarısında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 316,3 milyon dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5% azalıb.
Hesabat dövründə Azərbaycandan bu ölkəyə 272,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 44,1 milyon dollar olub.
Gözəl Həşimova