ABŞ-nin texnologiya şirkətlərindən biri olan "Alphabet"in gəliri bu ilin ikinci rübündə 14%, xalis mənfəəti isə 28,6% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

Məlumata görə, "Alphabet"in ikinci rübdə gəliri 14% artaraq 84,7 milyard dollara çatıb. Şirkət 2023-cü ilin ikinci rübündə 74,6 milyard dollar gəlir əldə edib.

Bu dövrdə şirkətin xalis mənfəəti 28,6% artaraq 23,6 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni dövründə 18,4 milyard dollar xalis mənfəət əldə edib.

Şirkətin ötən ilin ikinci rübündə 1,44 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,89 dollara yüksəlib.

"Alphabet"in sözügedən dövrdəki gəliri və mənfəəti bazar gözləntilərinin üstündə olub.

 

Gözəl Həşimova