“Bakı Yüngül Konstruksiya” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq sentyabrın 9-na təyin olunub.
İclasın gündəliyi:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3. Cəmiyyətin Ümumi yığıncağı və icra orqanı haqqında Əsasnamənin təsdiqi;
4. Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması;
5. Cəmiyyətin balansında olan istismara yararsız əsas vəsaitlərin silinməsi və özgəninkiləşdirilməsi məsələsininin müzakirəsi;
6. Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsi və özəlləşdirilməsi məsələsininin müzakirəsi.