Fevral ayında 200 min manat sərmayə ilə yaradılan şirkət nizamnamə kapitalını kəskin azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, söhbət “Behbud Group” MMC-dən gedir.
Belə ki, şirkət nizamnamə kapitalının 200.000 manatdan 10 manata azaldılmasını elan edib.
Qeyd edək ki, bu ilin fevralın 8-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cavad xanın küçəsi ev 4a, m. 231-dir. Qanuni təmsilçisi isə Nuruşov Ruslan Tahir oğludur.