Qlobal ticarət bu il 32 trilyon dollara qədər arta bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir.

Məlumata görə, 2023-cü ildə qlobal ticarətin həcmi 30,7 trilyon dollar olaraq qiymətləndirilib, lakin 2022-ci ildə bu göstərici 32,2 trilyon dollar olub. Rüblük ifadədə yanvar-mart aylarında qlobal mal ticarətinin həcmi 1%, xidmət ticarətinin həcmi isə 1,5% artıb.

Artıma əsas töhfə ABŞ-nin inkişaf etməkdə olan ölkələrlə, ilk növbədə Çin və Hindistanla ticarəti olub. Ticarətin genişlənməsi iqtisadi artım proqnozlarının yaxşılaşdırılması və qlobal inflyasiyanın yavaşlaması ilə də dəstəklənib.

 

Gözəl Həşimova