Vergi Məcəlləsində dəyişikliklərin hazırlanması prosesində 2021-2022-ci illərdə sahibkarlıq subyektləri ilə 110-dan çox görüş keçirilib, bu görüşlərdə özəl sektordan 400-dən çox təklif alınıb.

İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib.

O, Vergi Məcəlləsində 5 istiqamət üzrə dəyişikliklərin hazırlandığını, bu dəyişikliklərin biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vətəndaşların vergi yükünün aşağı salınması kimi məsələləri əhatə etdiyini diqqətə çatdırıb.