“Gəncə İş Adamları İctimai Birliyi”nin təşkilatçılığı ilə Qırğızıstana biznes tur təşkil olunur.

İB-dən İqtisadiyyat.az-a verilən məlumata görə, iyulun 22-dən başlayacaq biznes tur çərçivəsində sahibkarlar Qırğızıstan iş dünyasıyla yaxından tanış olmağına və qarşılıqlı iş birliyi anlaşmalarına fürsət yaranacaq.

İyulun 22-dən 25-dək Qırğızıstanın paytaxtı Bişkekdə dövlət rəsmiləri və Qırğız iş adamları ilə B2B görüşlər təşkil olunacaq.

Bundan əlavə, biznes tura qatılan sahibkarlar iyulun 25-27-i tarixlərində Qırğızstanın İssık-Kul şəhərində baş tutacaq Qırğızıstan-Azərbaycan-Çin Forumunda iştirak edəcəklər.

Qırğızıstana təşkil olunmuş biznes tur iyulun 29-dək davam edəcək.

“Gəncə İş Adamları İctimai Birliyi” Qırğızıstan və Çin sahibkarları ilə biznes əlaqələri qurmaq istəyən sahibkarları bu turda iştirak etməyə dəvət edir.

Bir çox şirkətlərin iştirak edəcəyi tədbirin əsas məqsədi ölkələr arası iqtisadi ticarətin gücləndirilməsi və inkişaf etdirilməsidir.

Ətraflı məlumat üçün: (+994 55) 546 98 30