Rusiyanın büdcə gəlirləri bu ilin yanvar-iyun aylarında illik müqayisədə 38 faiz artaraq 17 milyard rubla (təxminən 192 milyard dollar) çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin büdcə gəlirləri və xərcləri ilə bağlı məlumatında deyilir.

Məlumata görə, ilin ilk altı ayında neft və təbii qaz gəlirləri 68,5 faiz artıb.

Sözügedən dövrdə büdcə kəsirinin ÜDM-ə nisbəti isə 0,9 bənd azalaraq 0,5 faiz təşkil edib.

 

Gözəl Həşimova