Rusiyanın ən zənginlərinin sərvəti bu ilin əvvəlindən bəri 16,5 milyard dollardan çox artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" məlumat yayıb.

Məlumata görə, Rusiyanın enerji şirkəti "Lukoil"in təsisçisi Vahid Ələkbərov bu ilin əvvəlindən bəri 4,8 milyard dollar qazanıb. Hazırda onun sərvəti 20,2 milyard dollardır. "NLMK"nın idarə heyətinin sədri Vladimir Lisinin sərvəti isə 3,22 milyard dollar artaraq 23,1 milyard dollara çatıb.

Eyni zamanda, "Lukoil"in keçmiş vitse-prezidenti Leonid Fedunun sərvəti 1,73 milyard dollar artaraq 7,6 milyard dollar yüksəlib.