Yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya  XİN rəhbərləinin müavinləri bi araya gələcəklər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib:

"Biz görüşə hazırlaşırıq. Bu görüş tezliklə baş tutacaq. Buna ümid edirik. İndi Ramazan bayramıdır. Çoxlu digər məqamlar var. Ümid edirik ki, çox mühüm strateji məqsədə - Suriya-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş vasitəçilik missiyamız ümumi uğurumuzla başa çatacaq".