Rusiya şirkətlərinin ötən il gəlirləri tarixdə ilk dəfə olaraq bir katrilyon rublu ötüb.

İqtisadiyyat.az "RBC"a istinadən xəbər verir ki, ötən il Rusiya şirkətlərinin gəlirləri 2021-ci illə müqayisədə 2 dəfə artıb.

Məlumata görə, Rusiya şirkətləri ötən il 1,3 katrilyon rubl gəlir əldə ediblər. Bu göstərici 2021-ci ildə 655 trilyon rubl təşkil edib.

Hesabat dövründə şirkətlərin mənfəəti isə 29,4 trilyon rubldan 31,1 trilyon rubla yüksəlib.