Aprelin 27-də Roma Papası Fransisk Apostol sarayında Ukraynanın Baş naziri Denis Şmıqalı qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

ANSA agentliyinin məlumatına görə, bu, 2021-ci il martın 25-dən sonra pontifikin Ukraynanın Baş naziri ilə Vatikanda ikinci görüşüdür.

Qeyd edək ki, Şmıqal İtaliyanın paytaxtı Romaya aprelin 26-da Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etmək üçün gələcək. Tədbir İtaliya hökuməti tərəfindən təşkil olunur və iki ölkənin hakimiyyət orqanlarının və biznes strukturlarının nümayəndələri iştirak edəcəklər. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayaninin sözlərinə görə, 1 000-dən çox şirkətin iştirakı gözlənilir.