Atlantik Okeanı ilə Sakit Okeanı birləşdirən dünyanın ən mühüm kanallarından biri olan Panama kanalında gəmilərin keçidi ilə bağlı məhdudiyyət daha 10 ay uzadıla bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Panama kanalının rəsmisi məlumat açıqlayıb.

Məlumata görə, quraqlıq suyun səviyyəsini azaltdığı üçün gündəlik gəmi tranziti və su axını məhdudiyyətləri daha 10 ay uzadıla bilər. Bununla əlaqədar bəzi gəmi sahibləri yüklərini yüngülləşdirməyə və ya alternativ yollara keçməyə məcbur olublar.

Rəsmi məlumatlara əsasən, Panama kanalında hazırda 115 gəmi gözləmədədir.

Əlavə edək ki, Panama kanalı dünyanın ən bahalı kanalıdır. Bu kanaldan hər il 14000-dən çox gəmi keçir və təqribən 203 milyon ton yük daşınır. 

 

Gözəl Həşimova