Qızılın qiymətində cüzi dəyişiklik qeydə alınıb.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri simvolik olaraq 0,03 % və ya 0,45 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 664,45 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,54 % artaraq 1 unsiyası 18,82 ABŞ dolları təşkil edib.

Birja iştirakçıları iqtisadi proqnozların gözləntisində ehtiyatlı davranmağa çalışırlar. Birjalar demək olar ki, yekdilliklə ABŞ Federal Ehtiyat Sisteminin (FED) noyabr ayında uçot dərəcəsini eyni sürətlə - daha 0,75 faiz bəndi artıracağını gözləyir.