Dünya bazarlarında qızıl ucuzlaşıb.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,63 %, yaxud 10,6 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 675,4 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,65 % düşərək 1 unsiyası 19,15 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) dərc olunacaq protokollarında ölkə iqtisadiyyatı ilə bağlı vacib məlumatların açıqlanmasını gözləyirlər. Bazarlar protokollarda inflyasiya ilə mübarizə aparmaq üçün gələn ay ardıcıl altıncı dəfə faiz dərəcəsini artıra biləcək tənzimləyicinin gələcək siyasətinə dair ipucular tapmağa ümid edir.