Dünya bazarlarında qızılın qiyməti cüzi düşüb. Analitiklər ABŞ-da inflyasiya ilə bağlı statistikanın açıqlanmasını gözləyirlər.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 1,4 dollar və ya 0,08 % ucuzlaşaraq 1 unsiyası 1 676,1 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,06 % artaraq 1 unsiyası 18,95 ABŞ dolları təşkil edib.

Analitiklər ABŞ-da qiymət artımı sentyabr ayında 8,3%-dən 8,1%-ə qədər azaldığını proqnozlaşdırırlar. Federal Ehtiyatlar Sisteminin (FED) hədəf səviyyəsini 2% kimi müəyyən etsə də, ilin əvvəlindən ölkədə inflyasiya 7,5%-dən aşağı düşməyib.