Qızılın qiyməti cüzi düşüb. Dollar isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) noyabr iclası öncəsi möhkəmlənir.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,7 % və ya 11,45 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1625,35 ABŞ dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,12 % artaraq 1 unsiyası 18,48 ABŞ dolları təşkil edib.

Bir çox cəhətdən qiymətli metallar bazarlarını da əhatə edən maliyyə bazarlarının əsas diqqəti FED-in gələcək siyasətinə yönəlib.

Güclənən dollar qızıla mənfi təsir göstərə bilər. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,14 % artaraq 113,04 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.