Qazaxıstanda 9 May Qələbə Günü şərəfinə hərbi parad keçirilməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik bu qərarı dövlət vəsaitlərinə qənaət və digər problemlərin həllinin zəruriliyi ilə izah edib.

Həmçinin qeyd olunub ki, Qazaxıstan bu il 9 May Qələbə Günü ili yanaşı, 7 mayda qeyd olunan Vətənin Müdafiəçisi Gününə həsr olunmuş hərbi parad keçirməyi planlaşdırmır.

“2023-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcəyə qənaət, eləcə də digər problemlərin həlli zərurətinə görə, nəzərdə tutulmayıb. Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının lazımi səviyyədə təmin edilməsi prioritetdir”, - deyə bildirilib.