Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" Azərbaycan çempionundan futbolçu transfer etmək istəyir.

İqtisadiyyat.az Sportal.az-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisi Julio Romaonu heyətinə qatmaqda maraqlıdır. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

"Dinamo" braziliyalı dayaq yarımmüdafiəçisi üçün "Qarabağ"a 2,5 milyon avroluq təklif göndərib. Ağdam təmsilçisi isə futbolçunu 5 milyon avrodan aşağı satmağı düşünmür.

Qeyd edək ki, "Qarabağ" Julio Romaonu 2022-ci ilin yayında Portuqaliyanın "Santa Klara" klubundan transfer edib. 26 yaşlı orta xətt oyunçusu komadnaın heyətində keçirdiyi 98 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir