UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

İqtisadiyyat.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı sabah saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Yarım saat sonra isə açıq məşq reallaşacaq.

Qonaq komandanın son məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də eyni arenada olacaq.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq