"Turan Tovuz" klubunun rəhbəri Ehtiram Quliyev "Qarabağ" üzərində qələbəyə görə komandanın üzvlərinə müəyyən məbləğdə pul mükafatı verib.

Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev İqtisadiyyat.az-a açıqlamasında komandanın mükafatlandırılmasını təsdiq edib.

"Rəhbərliyin də bildirdiyi kimi, bizdə hər qələbə üçün müəyyən mükafat təyin edilir. Bu tendensiya əksər komandalarda var. Məbləğin açıqlamasına gəldikdə isə, bu konfidensial məlumatdır".

Qeyd edək ki, "Turan Tovuz" 4 tur sonra Azərbaycan Premyer Liqasında 10 xalla turnir cədvəlinə başçılıq edir.