UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab 7-2 "Qarabağ"ın xeyrinə dəyişib, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda 118-ci dəqiqədə Yasin Benziya hesab arasındakı fərqi 5-ə çatdırıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2-1 hesabı ilə, hazırkı oyunda" Qarabağ" səfərdə 2-3 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib. Ona görə də əlavə vaxt oynanılıb. 

Əlavə vaxtda rəqibinə 2:7 hesabı ilə qalib gələn Azərbaycan çempionu növbəti mərhələyə vəsiqəni təmin edib. 

***

00:35

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab 2:6 "Qarabağ"ın xeyrinə dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda 111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə isə Patrik Andrade silsilə qollarla "Qarabağ"ın üstünlüyünü artırıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 1:2 hesabı ilə, hazırkı oyunda" Qarabağ" səfərdə 2:3 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib. Ona görə də hazırda əlavə vaxt oynanılır. 

Xatırladaq ki, ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

***

00:12

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab 2:4 "Qarabağ"ın xeyrinə dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunun 93-cü dəqiqəsində Toral Bayramov komandasının dördüncü qolunu vurub. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 1:2 hesabı ilə, hazırkı oyunda" Qarabağ" səfərdə 2:3 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib. Ona görə də hazırda əlavə vaxt oynanılır. 

Xatırladaq ki, ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

***

13.08.2024 // 22:54

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçının ilk yarısı "Qarabağ"ın 2:3 hesablı üstünlüyü ilə bitib.

İqtisadiyyat.az xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda "Qarabağı"ın Patrik Andrade 45+5-ci dəqiqədə fərqlənməyi bacarıb.

Xatırladaq ki, ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

***

22:48

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab yenidən bərabərləşib.

İqtisadiyyat.az xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda "Qarabağı"ın futbolçusu Yasin Benziya 45+1-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Xatırladaq ki, ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

***

22:27

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında rəqib hesabda önə keçib.

İqtisadiyyat.az xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda ev sahibləri 23-cü dəqiqədə Dua Kvadvonun dubl etməsi ilə üstünlük qazanıblar. 

Xatırladaq ki, ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

***

22:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab bərabərləşib.

İqtisadiyyat.az xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda ev sahibləri Dua Kvadvonun qolu ilə bərabərliyi yaxalayıb. 

Xatırladaq ki, ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

***

22:09

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab açılıb.

İqtisadiyyat.az xəbər verir ki, "Qarabağ"ın heyətində Juninyo hesabı açıb.

Xatırladaq ki, ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

***

22:02

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçı start götürüb.

İqtisadiyyat.az xəbər verir ki, oyunu italiyalı baş hakim Simone Soçça idarə edir.

Xatırladaq ki, ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və qonaqlar 2:1 hesablı qələbə qazanıblar.