"Qəzza zolağı və Yaxın Şərqdəki vəziyyətdən narahatıq".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirlər Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modinin birgə bəyanatında yer alıb.

"Bununla əlaqədar olaraq, onlar BMT Baş Assambleyasının müvafiq qətnamələrinin və BMT Təhlükəsizlik Şurasının 2720 saylı qətnaməsinin səmərəli icrasına, habelə tələb olunan miqyasda humanitar yardımın birbaşa Fələstin mülki əhalisinə dərhal, təhlükəsiz və maneəsiz çatdırılmasına çağırıblar", - Rusiya-Hindistan sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.

Tərəflər həmçinin uzunmüddətli, davamlı atəşkəs və girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə səsləyiblər.

"Tərəflər Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəklədiklərini və beynəlxalq səviyyədə tanınmış əsasda iki dövlətli nizamlanma prinsipinə sarsılmaz sadiqliklərini təsdiqlədilər", - bəyanatda vurğulanır.