“Ölkə.Az” xəbər verir ki, yolda quraşdırılan kamera yüksək sürətlə hərəkət edən avtomobili çəkib. Amma sürücünü cərimədən kadra düşən göyərçin xilas edib.

Yaxınlıqdan uçan göyərçin sürücünün üzünü tam örtüb və polis onun şəxsiyyətini müəyyən edə bilməyib. Beləliklə, göyərçin sürücüyə 105 avro qənaət etməyə imkan verib.

Polisdən deyiblər ki, sürət həddini aşmağa görə göyərçinə də cərimə düşür.

Qeyd edək ki, bir müddət əvvəl Bohold şəhərində kamera 45 km/saat sürətlə uçan göyərçini lentə almışdı. Yolda isə sürət həddi 30 km/saat olub. Nəticədə göyərçinə 25 avro cərimə yazılıb.