Daşkəsəndə yol nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun ərazisində qeydə alınıb.

Hərəkətədə olan "Mersedec Sprinter" markalı mikroavtubusla minik maşını toqquşub.

Qəzadan sonra mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.//APA