Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunları davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün Azərbaycanın 6 idmançısı və basketbol yığması mübarizəyə qoşulacaq.

Triatlonda Rostislac Pvetsov günün ilk yarışa qoşulanı olacaq.

Avarçəkmədə Diana Dımçenko 1/4 final görüşünə çıxacaq.

Cüdoçuların yarışında 81 kq-da Zelim Kotsoyev qüvvəsini sınayacaq.

Bu gün Azərbaycanın daha iki boksçusu yarışa qoşulacaq. Nicat Hüseynov və Murad Allahverdiyev ilk döyüşünü keçirəcək.

Üzgüçülük yarışında Ramin Vəlizadə, kamandan oxatmada isə Yaylagül Ramazanova gücünü sınayacaq.

Qadın basketbolçular isə 3×3 növündə İspaniya ilə üz-üzə gələcək.

Azərbaycan buna qədər Yay Olimpiya Oyunlarında 1 qızıl medal qazanıb. Dünən cüdoçu Hidayət Heydərov 73 kq-da fəxri kürsünün yüksək pilləsinə qalxıb.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.