Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları start götürür.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanin.bu turnirndə yeganə təmsilçisi "Qarabağ" Tofiq Bəhramov adına respublika stadionunda Cəbəllütariqin "Linkoln" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, komandalar arasındakı ilk matç 2-0 hesabı ilə "atlılar"ın xeyrinə olmuşdu.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsinin cavab oyunu

30 iyul

20:00. “Qarabağ” – “Linkoln”

Hakimlər: Yakob Sundberq, Deniz Yurdakul, Viktor Skitte, Yakob Karlsen (hamısı Danimarka).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun – 2:0.