Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya oyunlarında bu günə kimi qızıl medal qazanan ölkələrin siyahısı bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, siyahıya 5 qızıl medal qazanan Çin başçılıq edir. İkinci sırada isə 4 qızıl medalla Yaponiya qərarlaşıb. İlk 3-lüyü isə 4 qızıl medalla Cənubi Koreya respublikası tamamlayır. 

Dünən 73 kq çəki dərəcəsində Cüdo üzrə Olimpiya çempionu olan Hidayət Heydərov ölkəmizə ilk qızıl medalı qazandırıb. Azərbaycan İtaliya, Qazaxıstan, Belçika, Honq-Konq və Özbəkistan ilə birlikdə 10-cu sıranı bölüşür.

Qızıl medal qazanan ölkələrin siyahısı:

🇨🇳 Çin: 5

🇯🇵 Yaponiya: 4

🇰🇷 Cənubi Koreya: 4

🇫🇷 Fransa: 4

🇦🇺 Avstraliya: 4

🇺🇸 ABŞ: 3

🇬🇧 Böyük Britaniya: 2

🇨🇦 Kanada: 2

🇩🇪 Almaniya: 2

🇮🇹 Italiya: 1

🇰🇿 Qazaxıstan: 1

🇧🇪 Belçika: 1

🇦🇿 Azərbaycan: 1

🇭🇰 Honq-Konq: 1

🇺🇿 Özbəkistan: 1