ABŞ Energetika Nazirliyi ölkənin strateji ehtiyatını artırmaq üçün ilin sonuna qədər 4,65 milyon barel neftin alınmasını rəsmiləşdirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Çatdırılmalar oktyabrın 1-dən dekabrın 31-dək "Exxon Mobil" və "Macquarie Commodities Trading US" tərəfindən planlaşdırılır.
Sənədə əsasən, strateji ehtiyat üçün ABŞ-də hasil edilən 4,65 milyon barel xam neftin alınması üçün müqavilələr bağlanıb.
Gözəl Həşimova