Çinin paytaxtı Pekində xəstəxananın xəstə qəbul bölməsində yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, yanğın zamanı azı 21 nəfər ölüb, 71 xəstə təxliyə edilib.

Yanğının nəzarət altına alındığı bildirilir.

Tüstü içində xəstəxana binasının pəncərələrindən çarşaflarla asılan və binanın divarına qədər uzanan pilləkənlərə çıxmağa çalışan insanların görüntüləri sosial mediada yayılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.