Azərbaycan bu ilin yanvar-may aylarında 30,3 mln. dollar dəyərində 104,7 min ton azot gübrəsi ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 53,6 milyon dollar və ya 63,8% azdır.

Məlumata görə, azot gübrəsinin ixracı miqdar baxımından illik müqayisədə 15% azalıb.