2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayına nisbətən 112,5 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ölkədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri illik müqayisədə 12,5 faiz artıb. 

Bildirilib ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 faiz təşkil edib.

2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 102,6 faiz təşkil edib.